Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Əlillərə diqqət və qayğı Azərbaycanda tək həmin tarixdə deyil, mütəmadi şəkildə göstərilir. Cəmiyyətin həyatında əlillərin fəal iştirakını təmin etmək üçün addımlar atılır. Fiziki imkanları məhdud şəxslərin yaradıcılıq fəaliyyəti dəstəklənir. 2019-cu il sosial sahədə inqilabi islahatlar ilinə çevrilib. Belə ki, Prezident
Azərbaycanda sosial inkişafa təkan verən bu inqilabi islahatlar paketinin hazırlanması prosesində Birinci vitse-prezident,
Ümumilikdə, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin sosial inteqrasiyasına dəstək Heydər Əliyev Fondunun fəaliyyətində əhəmiyyətli yer tutur. Fond həmin gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə, cəmiyyətə tanıdılmasına öz mühüm dəstəyini göstərir. İcra olunan layihələrin bir istiqaməti də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına yönəlib. Bunun əyani təzahürlərindən biri kimi,
Mərkəzin direktoru Rəhilə Həsrətova “Report”a açıqlamasında qeyd edib ki, indiyədək mərkəzə 1800-ə yaxın gənc qəbul olunub: “Peşəyönümlü təlimləri keçirmək üçün hər bir rayondan gənclər qəbul edilir. Təlimlərin keçirilməsi dövründə də onların istedadlarının üzrə çıxarılması baxımından müxtəlif məşğələlər, dərnəklər fəaliyyət göstərir. Bununla da layihələr vasitəsi ilə istedadlarını cəmiyyətə təqdim edirik. Hər il nazirlik tərəfindən onların istedadlarının üzrə çıxarılması üçün müsabiqələr, festivallar, yarışlar keçirilir. Bu tədbirlərə də mərkəz olaraq yetişdirdiyimiz gəncləri cəmiyyətə təqdim edirik. Yer tutan gənclər mükafatlandırılır. Gənclərin konsertləri təşkil olunur ki, cəmiyyətin onlara baxışları başqa cür formalaşmış olur. Onlar da bizim kimi insanlardır və istedadları var. Bu işdə də nazirliyin böyük rolu var”.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Report”a açıqlamasında əlillərin cəmiyyətə inteqrasiyası və sosiallaşması baxımından ölkədə həyata keçirilən tədbirləri yüksək dəyərləndirdiyini deyib: “Əlilliyi olan şəxslərin işə götürülməsini təşviqi baxımından özəl və dövlət sektordan olan nümayəndələrlə əlaqələrin yaradılması vacibdir. Bu kimi tədbirlər cəmiyyətdə əlillərə qarşı təsəvvürlərin dəyişməsinə xidmət edir. Bu baxımdan Azərbaycanda bir çox müsbət nümunələr müşahidə olunur. Şəxsən özüm əlilliyi olan şəxslərə qarşı xüsusi qayğı göstərən və münasibət bəsləyən
O, həmçinin qeyd edib ki, British Councel-un təşkilatı ilə bu günə qədər əlilliyi olan şəxslərlə bağlı bir çox layihələr həyata keçirilib.
Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fiziki imkanları məhdud və sosial həssas qrupa aid insanlar arasında sahibkarlıq fəaliyyətini təşviq edir, onların hazırladığı əl işlərinin nümayiş olunmasına və satışına dəstək üçün müxtəlif sərgilərdə, həmçinin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması üçün təlim və seminarlarda iştirakına dəstək göstərir. KOBİA yanında İctimai Şurada fəaliyyət göstərən 15 ictimai təşkilatdan biri “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyidir. Bu ilin sentyabrında Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) Agentliyin dəstəyi ilə əlil və qadın sahibkarlar öz məhsul və xidmətlərini təqdim edib, KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb. Bu tədbirlərin davamı olaraq KOBİA-nın dəstəyi ilə 30 noyabr - 1 dekabr tarixlərində, saat 10.00-da “Park Bulvar”da fiziki imkanları məhdud şəxslərin əl işlərinin satış-sərgisi keçiriləcək. 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir. Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunacaq.