DSMF yeni elektron xidmətlərin təqdimatını keçirib

DSMF yeni elektron xidmətlərin təqdimatını keçirib Fond sədri: "Xidmətlərin tam elektronlaşdırılması şəffaflığın təmin olunmasına imkan yaradacaq"
Sosial müdafiə
16 Sentyabr , 2015 13:34
DSMF yeni elektron xidmətlərin təqdimatını keçirib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu "Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması", "Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması" və "Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu" elektron xidmətlərini təqdim edib. "Report" xəbər verir ki, Fondun sədri Elman Mehdiyev çıxışında hazırda Azərbaycanda müasir avtomatlaşdırılmış sığorta-pensiya sisteminin olduğunu bildirib.

O vurğulayıb ki, bu ilin 8 ayı ərzində fondun öz saytı, "Elektron Hökumət" portalı və "Hökumət ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln. 800 mindən çox istifadə sayı qeydə alınıb: "Bu da keçən ilin müvafiq dövrü il müqayisədə iki dəfə artıqdır. Eyni zamanda, bu il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir".

Fond sədri yeni xidmətlər barədə məlumat verərək bildirib ki, bu elektron xidmətlər vasitəsilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Tədbirdə DSMF-nin yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi