DSMF sədrinin Şirvanda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib

DSMF sədrinin Şirvanda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib Qəbul oktyabrın 22-də Yeni Azərbaycan Partiyası Şirvan şəhər şöbəsinin inzibati binasında olacaq
Sosial müdafiə
16 Oktyabr , 2015 10:16
DSMF sədrinin Şirvanda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin oktyabrın 20-də Şirvan şəhərində keçirəcəyi qəbulun vaxtı dəyişdirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, qəbulun vaxtının dəyişdirilməsi xidməti zərurətlə əlaqədardır.

Fondun sədri oktyabrın 22-də saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər şöbəsinin inzibati binasında Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 22-də fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi