Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək
Sosial müdafiə
16 Mart , 2015 13:50
Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev martın 30-da Xızı rayonunda vətəndaşları qəbul edəcək. "Report"un DGK-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbulu saat 11:00-da Xızı şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin binasında (Vüsaqi küç.,28) baş tutacaq.

Qəbulda bölgədə yerləşən rayonlar - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Komitənin Sumqayıt Baş Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi