Yuxarı

Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək

Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Bakı. 16 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev martın 30-da Xızı rayonunda vətəndaşları qəbul edəcək. "Report"un DGK-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbulu saat 11:00-da Xızı şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin binasında (Vüsaqi küç.,28) baş tutacaq.

Qəbulda bölgədə yerləşən rayonlar - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Komitənin Sumqayıt Baş Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi