Cəlilabadda iki küçəyə şəhid adı verilib

Cəlilabadda iki küçəyə şəhid adı verilib Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Qadir Heydərovun və Musa Əsgərovun adları verilmiş küçələrin açılışı olub.
Sosial müdafiə
2 Noyabr , 2023 20:15
Cəlilabadda iki küçəyə şəhid adı verilib

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Qadir Heydərovun və Musa Əsgərovun adları verilmiş küçələrin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimlərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailə üzvləri iştirak ediblər.

Çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan geniş söhbət açıblar.

Şəhid ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi