Bu ilin 9 ayında uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI

Bu ilin 9 ayında uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI İlk sırada Yusif və Zəhra adları yer alıb
Sosial müdafiə
11 Oktyabr , 2016 11:48
Bu ilin 9 ayında uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan oğlan və qız uşaqlarına daha çox verilən adlar məlum olub.

Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, bu ilin 9 ayı ərzində oğlanlara Yusif (2500), Hüseyn (1653), Əli (1612), Ömər (1286), Məhəmməd (1033), Tunar (987), Murad (971), Ayxan (914), Uğur (898), İbrahim (674) adları daha çox verilib.

Qızlara verilən adlar arasında isə ilk onluqda Zəhra (2160), Nuray (1631), Fatimə (1399), Zeynəb (1320), Aylin (1246), Məryəm (1141), Ayan (1024), Mələk (997), Mədinə (796), Dəniz (770) adları yer alıb.

Bundan başqa, Səma, Gülay, Xədicə, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Fərid, Emil, İsmayıl, Ramal kimi adlarda  uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edib. 

Son xəbərlər

Orphus sistemi