Bakının iki polis bölməsində çatışmazlıqlar aşkarlanıb

Bakının iki polis bölməsində çatışmazlıqlar aşkarlanıb Ombudsman Aparatının nümayəndələri növbəti başçəkmələr həyata keçirib
Sosial müdafiə
14 Oktyabr , 2015 17:28
Bakının iki polis bölməsində çatışmazlıqlar aşkarlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Qaradağ Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 10-cü polis bölməsinə, habelə Səbail RPİ-nin müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 8-ci polis bölməsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, MSY-lərin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

MSY-də saxlanılan şəxsləri MPQ üzvləri fərdi qaydada qəbul edib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilibr. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Həmin rayon polis idarələrinin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, o cümlədən xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Qaradağ RPİ-nin 10 və Səbail RPİ-nin isə 8-ci polis bölmələrinə keçirilən başçəkmə zamanı isə saxlanılan şəxs aşkar edilməyib, sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi