Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI

Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI Siyahıda Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı kimi adlar da var
Sosial müdafiə
9 Sentyabr , 2016 16:54
Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda doğulan körpələr arasında müxtəlif təbiət hadisələrinə verilən adları daşıyanlar var.

Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, son beş ildə 3937 körpəyə Yağmur, 1207-nə Bahar, 1344-nə Damla, 853-nə Ayaz, 678-nə Günəş, 224-nə isə Rüzgar adı verilib.

Son beş ildə körpələrə verilən adlar arasında Şimşəkcan (1), Leysan (12), Bulud (32), Daşqın (67), Tufan (14), Alov (2), Yazgül (29), Duman (8), Şehnur (10), Jalə (565), Xəzan (5), Xəzangül (10) kimi adlar da yer alıb.

Bundan başqa, Buludxan, Buludxanım, Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Şehli, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı, Yazilə, Yazimə, Bahara, Bahariyyə, Damladerin kimi adları daşıyan uşaqlar da var. 

Son xəbərlər

Orphus sistemi