Agentlik rəsmisi: Hazırda himayədar ailələrə 10 uşaq verilib

Agentlik rəsmisi: Hazırda himayədar ailələrə 10 uşaq verilib Himayədar ailə olmaq üçün Azərbaycanın rayonlarından da müraciət edənlər var.
Sosial müdafiə
4 Aprel , 2024 11:53
Agentlik rəsmisi:  Hazırda himayədar ailələrə 10 uşaq verilib

Himayədar ailə olmaq üçün Azərbaycanın rayonlarından da müraciət edənlər var.

"Report" xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda 10 uşaq himayədar ailələrdədir:

"Biz hər gün uşaqlarla bağlı məlumat alırıq, onların durumunu öyrənirik.
Hazırda sosial qayğı müəssisələrində valideyn himayəsindən məhrum olmuş 1400-ə yaxın uşaq var. Biz onların ailə qayğısı ilə əhatə olunmasını vacib hesab edirik".

Son xəbərlər

Orphus sistemi