Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib Bəzi şəxslər xahişləri ilə təkbətək dinlənilib
Sosial müdafiə
1 İyul , 2016 17:36
Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

Bakı. 1 iyul. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.

Bu barədə "Report"a Aparatın mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd daxil olan müraciətlərin araşdırılması və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MPQ-nin həkim üzvünün də iştirakı ilə müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bəzi şəxslər isə xahişləri ilə təkbətək dinlənilib, bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib.

Son xəbərlər

Orphus sistemi