Yuxarı

Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

Bəzi şəxslər xahişləri ilə təkbətək dinlənilib

Bakı. 1 iyul. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.

Bu barədə "Report"a Aparatın mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd daxil olan müraciətlərin araşdırılması və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MPQ-nin həkim üzvünün də iştirakı ilə müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bəzi şəxslər isə xahişləri ilə təkbətək dinlənilib, bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi