Bu il Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 9 %-ə yaxın artıb

Bu il Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 9 %-ə yaxın artıb ​​​​​​​Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Sənaye
13 May , 2024 12:10
Bu il Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 9 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.

Sənaye məhsulunun 64,6 %-i mədənçıxarma sektorunda, 29,3 %-i emal sektorunda, 5,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 % artıb.

Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55 %, tikinti materiallarının istehsalı 44,6 %, mebel istehsalı 36,4 %, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5 %, içkilərin istehsalı 27,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 %, tütün məmulatlarının istehsalı 19,2 %, geyim istehsalı 19,1 %, elektrik avadanlıqlarının istehsalı 17,7 %, hazır metal məmulatlarının istehsalı 12,6 %, kimya sənayesi məhsullarının istehsalı 8,6 %, əczaçılıq məhsullarının istehsalı 6,4 %, neft məhsullarının istehsalı 5,3 %, qida məhsullarının istehsalı 0,7 %, kağız və karton istehsalı 0,4 % artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 %, poliqrafiya məhsullarının istehsalı 8,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9 %, maşın və avadanlıqların istehsalı 16,8 %, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 %, sair sənaye məhsullarının istehsalı isə 59,8 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 % artıb.

Son xəbərlər

Orphus sistemi