​Azərbaycanda sənaye portalı istifadəyə verilib

​Azərbaycanda sənaye portalı istifadəyə verilib Portalda ölkənin sənaye sahəsi üzrə məlumatlar yerləşdirilib
Sənaye
8 Sentyabr , 2015 15:35
​Azərbaycanda sənaye portalı istifadəyə verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi www.senaye.gov.az portalını istifadəyə verib.

"Report" nazirliyə istinadən xəbər verir ki, portalda Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti, bu sahə ilə bağlı qanunvericilik, sənayenin inkişaf tarixi, icrası başa çatmış və hazırda həyata keçirilən layihələr, sənaye parkları və sənaye məhəllələri, sənayenin müxtəlif sahələri üzrə araşdırmalar, ölkə sənayesi ilə bağlı maraqlı faktlar və digər məlumatlar yerləşdirilib.

Portalda yerləşdirilmiş sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin kataloqunda bu müəssisələrin məhsulları, ixrac ölkələri və s. barədə məlumatlar verilir.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portala “CV bank” bölməsi də inteqrasiya edilib. Bu bölmədə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, sənaye sahəsi üzrə ixtisaslı kadrlara dair məlumatlar yerləşdirilib. Sənaye müəssisələri bu bazadan istifadə etməklə ehtiyacı olan kadrlarla əlaqə yarada bilərlər.

Son xəbərlər

Orphus sistemi