Azərbaycanda Sahibkarlar Günü təsis edilib

Azərbaycanda Sahibkarlar Günü təsis edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sənaye
21 Aprel , 2016 17:19
Azərbaycanda Sahibkarlar Günü təsis edilib

Bakı. 21 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sənəd ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə imzalanıb. 

Sərəncamla hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd ediləcək.

Son xəbərlər

Orphus sistemi