​Azərbaycan Rusiyadan 10 min ton sement idxal edib

​Azərbaycan Rusiyadan 10 min ton sement idxal edib İdxal 2015-ci ilin yanvar ayında həyata keçirilib
Sənaye
18 Mart , 2015 06:50
​Azərbaycan Rusiyadan 10 min ton sement idxal edib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin yanvar ayı ərzində Rusiyadan 9 min 738 ton sement idxal edib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan bu göstəriciyə görə Rusiyanın ən çox sement ixrac etdiyi ölkələr sırasında üçüncüdür.

Siyahıda birinci yeri Qazaxıstan (51 789/ 71,2%), ikinci yeri isə Belarus (10 183/14,0%) tutub.

Yanvar ayında Rusiyanın ümumi sement ixracının 13,4%-i Azərbaycanın payına düşüb.

Rusiya yanvar ayı ərzində ümumilikdə 177 min 127 ton sement ixrac edib. Bu, rekord göstəricidir və ötən ilin analoji dövrünün göstəricisini 2,5 dəfə üstələyir.

Son xəbərlər

Orphus sistemi