Azərbaycan-Macarıstan əlaqələri müzakirə edilib

Azərbaycan-Macarıstan əlaqələri müzakirə edilib Nazir Şahin Mustafayev Macarıstanın XİN-in dövlət katibinin müavinini qəbul edib
Sənaye
29 Oktyabr , 2015 20:56
Azərbaycan-Macarıstan əlaqələri müzakirə edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Jolt Çutoranı qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Şahin Mustafayev qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurlu davamını qeyd edib, Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşların bərpasına dair dünən imzalanmış sənədin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. Nazir Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı imkanlarına dair fikirlərini bölüşüb.

Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, əməkdaşlığımızın daha da genişlənməsində Budapeşt-Bakı-Budapeşt aviareysinin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi