Son bir ayda Azərbaycanda 60 nəfər qidadan zəhərlənib

Son bir ayda Azərbaycanda 60 nəfər qidadan zəhərlənib Keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb
Sağlamlıq
12 İyun , 2015 15:14
Son bir ayda Azərbaycanda 60 nəfər qidadan zəhərlənib

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin may ayında Azərbaycanda 43 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, qida zəhərlənmələrindən ümumilikdə 60 nəfər zərər çəkib.

Şöbə müdiri onu da əlavə edib ki, keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb və ay ərzində baş verən bütün qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Qeyd edək ki, aprel ayında 53 qida zəhərlənməsi hadisəsi baş vermişdi.

Son xəbərlər

Orphus sistemi