Bakı. 14 iyul. REPORT.AZ/
Nazirlikdən bildirilib ki, imtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb. İmtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilib. Sertifikasiya imtahanlarından keçənlərin arasında terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edir.
Belə ki, ilin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün 4000-ə yaxın namizəd qeydə alınıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.
Tabeliyindən və müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə maşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.