Bakı. 15 sentyabr. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, qeydiyyatdan keçən şəxslər sentyabrın 30-dək müəyyən olunan sənədləri klinik bazalara təqdim etməlidirlər.
Sənədlərə ali əsas tibb təhsili haqqında diplom, tərcümeyi-hal, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası (mövcud olduğu halda), dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda), soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd, 2 ədəd 3 x 4 fotoşəkil aiddir. Namizdələr sənədlərlə birlikdə əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.
Xatırladaq ki, klinik bazalarda rezidentura hazırlığı oktyabrın 1-dən başlayır.