Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinin dayandırılması xəbərlərinə münasibət bildirib

Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinin dayandırılması xəbərlərinə münasibət bildirib "Razılıq lisenziyasının müddətinin uzadılması üçün nazirliyə rəsmi qaydada müraciət edilib"
Sağlamlıq
10 Avqust , 2015 16:17
Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinin dayandırılması xəbərlərinə münasibət bildirib

Bakı. 10 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinin dayandırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "NORD STAR" şirkəti Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinə razılıq lisenziyasının müddətinin uzadılması üçün nazirliyə rəsmi qaydada müraciət edib.

"Hazırda şirkətin müraciətinə baxılır", - nazirlikdən bildirilib.

Leyla Şıxlinskaya Klinikasından isə "Report"a bildirilib ki, hazırda klinikanın binasında təmir gedir: "Yalnız ağır vəziyyətdə olan xəstələr qəbul edilir".

Qeyd edək ki, Leyla Şıxlinskaya Klinikasının 5 illik lisenziyasının vaxtının bitməsinə az müddət qalıb.

Son xəbərlər

Orphus sistemi