Səhiyyə naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Gədəbəydə vətəndaşları qəbul edəcək Qəbul Gədəbəy Mərkəzi rayon Xəstəxanasında olacaq
Sağlamlıq
30 İyun , 2015 14:35
Səhiyyə naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Səhiyyə Naziri Oqtay Şirəliyev iyulun 2-də Gədəbəy Mərkəzi rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək. 

"Report" xəbər verir ki, nazir Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Nazir qəbulda habelə sakinlərin müraciətlərini, şikayət, təklif və fikirlərini dinləyəcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi