Sağlamlıq ayına start verilib

Sağlamlıq ayına start verilib Əhalinin tibbi müayinələrdən keçirilməsi nazirliyin Tibbi yardımın təşkili şöbəsinə tapşırılıb
Sağlamlıq
3 Fevral , 2015 21:26
Sağlamlıq ayına start verilib

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 1-dən Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” elan olunaraq əhalinin icbari tibbi dispanzerizasiyasına start verilib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə artıq ənənəvi olaraq ölkəmizdə Sağlamlıq aylığı həyata keçirilir.

Martın 31-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nazirliyin Tibbi yardımın təşkili şöbəsinə tapşırılıb. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasının şəxsi nəzarətə götürülməsi, qeyd olunan müddət ərzində görülən işlər barədə məlumatların hər 10 gündən bir və yekun məlumatın Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırığı verilib.

Xatırladaq ki, keçən ilin dekabr ayında keçirilən aylıq çərçivəsində Respublika üzrə 5 milyon 240 minə yaxın insanın tibbi müayinələrdən, o, cümlədən Bakı şəhəri üzrə 1 mln. 250 minə yaxın şəxs tibbi müayinələrdən keçib. Ümumilikdə müayinələrdən keçən əhali arasında 10 %-ə yaxın xəstə aşkarlanıb. Bu xəstələr müayinələrə cəlb olunub, digərləri isə dispanser qeydiyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi