Almaniyalı mütəxəssislər İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Azərbaycana gələcək

Almaniyalı mütəxəssislər İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Azərbaycana gələcək Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabla görüşüb
Sağlamlıq
22 Sentyabr , 2016 17:19
Almaniyalı mütəxəssislər İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Azərbaycana gələcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniyanın bir qrup mütəxəssisi 2017-2018-ci illər ərzində tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Azərbaycana gələcəklər.

“Report”un məlumatına görə, bu, səhiyyə naziri Oqtay Şirəliyevlə Almaniyanın Azərbaycandakı səfiri Mixayel Kinsqrabun görüşündə bildirilib. 

Görüşdə hər iki ölkə arasındakı səhiyyə və tibb elmi sahəsinə dair hazırkı əlaqələr və gələcək perspektivlər müzakirə edilib.

Səfir M.Kinsqrab Azərbaycanda aparılan səhiyyə sistemindəki islahatlardan danışaraq qeyd edib ki, hazırda Təcili Tibbi Yardımda istifadə edilən ambulansların Almaniyadan gətirilməsi də böyük etimad və xöş münasibətlərin nəticəsidir. 

Son xəbərlər

Orphus sistemi