Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi ilə bağlı Əsasnamədə dəyişiklik edilib

Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi ilə bağlı Əsasnamədə dəyişiklik edilib Əsasnamə feldyeger rabitəsi orqanı əməkdaşının attestasiyasının keçirilməsi qaydasını müəyyən edir
Sağlamlıq
5 İyul , 2015 07:20
Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi ilə bağlı Əsasnamədə dəyişiklik edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Azərnbaycan Nazirlər Kabineti “Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliyə görə, attestasiyanın nəticələri (qiymət və tövsiyələr) habelə attestasiya zamanı verilən suallar və cavablar bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılır (əlavə olunur). Attestasiya komissiyasının qərarı 30 gün müddətinə yerinə yetirilmirsə, həmin qərar öz hüquqi qüvvəsini itirir.

Qeyd edək ki, bu Əsasnamə feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydasını müəyyən edir. Attestasiya zamanı hər bir əməkdaşın fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır, işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

Son xəbərlər

Orphus sistemi