Ebola virusuna qarşı vurulan peyvənd 2 min insanı xilas edib

Ebola virusuna qarşı vurulan peyvənd 2 min insanı xilas edib Peyvənd vurulandan sonra 10 gün müddətində bütün xəstələrdə müsbət dəyişikliklər qeydə alınıb
Sağlamlıq
1 Avqust , 2015 16:27
Ebola virusuna qarşı vurulan peyvənd 2 min insanı xilas edib

Bakı. 1 avqust. REPORT.AZ/ Qərbi Afrika ölkəsi olan Qvineyada Ebola virusuna yoluxan 2 min insana peyvənd vurulduğu və onların hamısının sağaldığı bildirilir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, peyvənd vurulandan sonra 10 gün müddətində bütün xəstələrdə müsbət dəyişikliklər qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktor müavini Mariya Paule Kieni əlavə edib ki, peyvəndin vurulduğu insanların heç birində virusun zərrəciklərinə rast gəlinməyib. O, aparılan tədqiqatın nəticələrinin ümidverici olduğunu deyib.

ÜST həmçinin daha tutarlı dəlillərə ehtiyac olduğunu və peyvənd sınaqlarının davam edəcəyini bildirir. Qeyd edək ki, VSV-EBOV adlı peyvəndi Kanada Səhiyyə Agentliyi icad edib və "Merk" dərman şirkəti tərəfindən lisenziya alıb.

Xatırladaq ki, ÜST-in yaydığı məlumatlara görə, Qərbi Afrikanın üç ölkəsində ümumilikdə təxminən 27 443 nəfərdə Ebola virusu aşkar edilib və virusdan 11 207 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi