Azərbaycanda dispanser qeydiyyatında olan hemofiliyalı xəstələrin sayı açıqlanıb

Azərbaycanda dispanser qeydiyyatında olan hemofiliyalı xəstələrin sayı açıqlanıb Dünya üzrə 400 000 hemofiliyalı xəstə var
Sağlamlıq
3 May , 2016 10:40
Azərbaycanda dispanser qeydiyyatında olan hemofiliyalı xəstələrin sayı açıqlanıb

Bakı. 3 may. REPORT.AZ/ "Hemofiliya problemi bütün dünyada mövcuddur. Bu gün dünya üzrə 400 000 hemofiliyalı xəstə var. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Belə ki, ölkədə 1 500-dən çox xəstə dispanser qeydiyyatındadır".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.

Hemofiliyanın müxtəlif qanaxmalarla müşahidə olunan ağır irsi qan xəstəliyi olduğunu xatırladan Mərkəz rəhbəri qeyd edib ki, xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon villebrand faktorunun çatışmazlığıdır: "Təkrar baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara xəstənin hələ uşaq və gənc yaşlarında əlil və şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübə göstərir ki, vaxtında və lazımi səviyyədə antihemofil preparatlarla aparılan müalicə, xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır".

O, həmçinin əlavə edib ki, bu gün ağır hemofiliyalı xəstə uşaqlarda 1-cili profilaktika aparılaraq əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər: "Müəyyən edilib ki, hemofiliya mutant (patoloji) geni ressesiv halda cinslə zəncirləşərək "X" xromosomu vasitəsilə nəslə ötürülür".

Son xəbərlər

Orphus sistemi