Direktor: “Ayağı səhv kəsilən qadının meyiti ekspertizadan keçirilməyib”

Direktor: “Ayağı səhv kəsilən qadının meyiti ekspertizadan keçirilməyib” Müstəntiqlər mərhumun meyitinin yarılması məqsədilə onun evinə getsələr də, ailə üzvləri razı olmayıb
Sağlamlıq
9 Avqust , 2016 15:55
Direktor: “Ayağı səhv kəsilən qadının meyiti ekspertizadan keçirilməyib”

Bakı. 9 avqust. REPORT.AZ/ “İltihablı ayağının yerinə səhvən sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədovanın ölümünün hansı səbəbdən baş verməsi barədə bizdə məlumat yoxdu. Çünki onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilməyib”.

Bunu “Report”a birliyin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, müstəntiqlər mərhumun meyitinin yarılması məqsədilə onun evinə getsələr də, ailə üzvləri buna razı olmayıb.

Xatırladaq ki, 87 yaşlı qadın iyulun 31-də vəfat edib.

Qeyd edək ki, bu il iyun ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi diaqnozu ilə əməliyyata alınmışdı. Lakin həkim-cərrah Valeh Kərimov yanlışlıqla onun iltihablı sol ayağı əvəzinə sağlam ayağını kəsmişdi. Sonra o biri ayağı da amputasiya edilmişdi. Həmin fakt üzrə Cinayət Məcəlləsinin 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Səhiyyə Nazirliyinin kollegiyası həkim-cərrah V.Kərimovu vəzifədən azad edilib, əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə də sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 

Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi