Azərbaycanda böyrək daşı xəstəliyinin daha çox yayıldığı bölgənin adı açıqlanıb

Azərbaycanda böyrək daşı xəstəliyinin daha çox yayıldığı bölgənin adı açıqlanıb Şöbə müdiri: "Uroloji xəstəliklər daha çox şimal bölgəsində yayılıb"
Sağlamlıq
16 Oktyabr , 2015 11:42
Azərbaycanda böyrək daşı xəstəliyinin daha çox yayıldığı bölgənin adı açıqlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Azərbaycanda uroloji xəstəliklər daha çox şimal bölgəsində yayılıb". Bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, cərrah-uroloq Fikrət Əhmədov deyib.

Onun sözlərinə görə, uroloji xəstəliklər arasında daha geniş yayılan böyrək daşı xəstəliyinə isə ən çox Şəki sakinlərində rast gəlinir: "Xəstəliyin geniş yayılması həmin ərazidə əhalinin istifadə etdiyi suyun tərkibi ilə bağlıdır". 

Şöbə müdiri deyib ki, ümumilikdə uroloji xəstəliklərin coğrafi məkan üzrə ən çox yayıldığı ərazilərin adları hələlik tam məlum deyil: "Çünki bunun üçün geniş araşdırmalar aparmaq lazımdır. Bundan başqa, insandan insana da fərq var. Hər insanın qidalanma və yaşayış tərzi, eləcə də içdikləri mayenin miqdarı fərqlidir. Amma bəzi statistik məlumatlar və əlimizdə olan faktlar Azərbaycanda uroloji xəstəliklərin daha çox şimal bölgəsində yayıldığını deməyə əsas verir". 

F.Əhmədov bildirib ki, dünyada bu xəstəliyə isti ölkələrdə yaşayan insanlar arasında daha tez-tez rast gəlinir: "Bu çox maye qəbul etmə və tərləmə nəticəsində mayenin itirilməsi ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi