​Alimlər gündüz yuxusunun sağlamlığa xeyli ziyan vurduğunu müəyyən ediblər

​Alimlər gündüz yuxusunun sağlamlığa xeyli ziyan vurduğunu müəyyən ediblər Nahardan sonra yatan insanlar yüksək qan təzyiqindən əziyyət çəkirlər
Sağlamlıq
16 May , 2016 06:43
​Alimlər gündüz yuxusunun sağlamlığa xeyli ziyan vurduğunu müəyyən ediblər

Bakı. 16 may. REPORT.AZ/ Nahardan sonra bir-iki saat mürgüləmək insan sağlamlığına xeyli ziyan vura bilər.

"Report" "The Telegraf"a istinadən xəbər verir ki, ABŞ-ın Minnesot ştatının Meyo klinikasından olan tədqiqatçılar bu qərara gəliblər.

Tədqiqatçılar öz işlərinin nəticələrini hər il keçirilən hipertoniyanın öyrənilməsi üzrə Amerika cəmiyyəti konfransında təqdim ediblər.

Mütəxəssislər müəyyən ediblər ki, gündüzlər yatan insanlar gecəyədək gümrah olan şəxslərdən 13-19 faiz daha çox yüksək qan təzyiqindən əziyyət çəkirlər.

Yüksək qan təzyiqi ürək tutması və iflic ilə nəticələnə biləcəyi ilə təhlükəlidir.

Son xəbərlər

Orphus sistemi