​ABŞ alimlərindən antibiotik inqilabı

​ABŞ alimlərindən antibiotik inqilabı Yeni preparat təxminən 30 il ərzindəki ilk yeni sinif antibiotiki ola bilər
Sağlamlıq
8 Yanvar , 2015 16:48
​ABŞ alimlərindən antibiotik inqilabı

Bakı. 8 yanvar. REPORT.AZ/ Antibiotiklərin hazırlanmasında yeni üsul icad edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni icad ABŞ alimlərinə məxsusdur.

Alimlər iddia edir ki, yeni icad preparatlara qarşı davamlı infeksiyalarla mübarizə aparmaq üçün ən ideal vasitədir.

Bostondakı ABŞ Şimal-Şərq Univeristetindən olan tədqiqatçılar bakteriyaların laborator şəraitdə torpaqda becərilmə texnikasını icad ediblər.

Onların "Nature" jurnalında dərc olunmuş tədqiqatları 25 yeni antibiotikin kəşfi ilə nəticələnib. Onlardan biri siçanlarda dərman preparatlarına qarşı davamlı infeksiyaların müalicəsində öz effektivliyini göstərən Teiksobaktin preparatıdır. İnsanlar üzərində tədqiqatlar uğurla keçərsə, yeni preparat təxminən 30 il ərzindəki ilk yeni sinif antibiotiki ola bilər.

Son xəbərlər

Orphus sistemi