Azərbaycanda vərəm xəstəliyinə yoluxanların sayı artıb

Azərbaycanda vərəm xəstəliyinə yoluxanların sayı artıb Bakıda 39 uşağa vərəm diaqnozu qoyulub
Sağlamlıq
6 İyul , 2015 11:53
Azərbaycanda vərəm xəstəliyinə yoluxanların sayı artıb

Bakı. 6 iyul. REPORT.AZ/ Ötən il Bakıda 598 nəfər vərəm xəstəliyinə yoluxub. Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2013-cü ildə bu göstərici 660 nəfər təşkil edib.

2014-cü ildə paytaxtda 598 nəfər vərəm diaqnozu ilə qeydiyyata alınıb. Eyni zamanda, Bakı üzrə bu xəstəliyin daşıyıcıları arasında 0-13 yaşlı uşaqlar da olub ki, onların sayı 39 nəfər təşkil edib. 2013-cü ildə bu rəqəm 28 nəfər olub. 14-17 yaşlılarda bu rəqəm ötən il üçün 40 (2013-cü ildə 57), 18-29 yaşlılarda 216 (2013-cü il 242), 30-44 yaşlılarda 129 (2013-cü ildə 133), 45-64 yaşlılarda 161 (2013-cü ildə 182) olub. 2014-cü ildə yaşı 65 və daha çox olan 13 nəfərdə (2013-cü ildə 18) bu virusa rast gəlinib.

Ümumilikdə Azərbaycanda ötən il 4 min 528 nəfərdə (2013-cü ildə 4 min 384) vərəm xəstəliyi aşkar edilib. Ötən il yaşı 0-13 olan 179 uşağa vərəm diaqnozu qoyulub və onlar qeydiyyata alınıblar. 2013-cü ildə bu göstərici 147 nəfər təşkil edib. 

Ötən il 14-17 yaşlılar arasında bu rəqəm 323 (2013-cü ildə 253), 18-29 yaşlılarda 1 637 (2013-cü il 1 570), 30-44 yaşlılarda 1 058 (2013-cü ildə 1 027), 45-64 yaşlılarda 1 132 (2013-cü ildə 1 189), 65 və yuxarı yaşlılarda isə 199 (2013-cü ildə 198) fakt təşkil edib.  

Son xəbərlər

Orphus sistemi