Bakı. 18 avqust. REPORT. AZ/ Azərbaycan ərazisində apteklərdə uşaqlar üçün satılan Almaniya istehsalı "Helian" dərman şirəsində şüşə qırıqları aşkar edilib. "Report " xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı bu preparatın idxalçısı olan "Avromed" şirkətinin rəhbərliyi ilə görüş keçirilsə də, hələ heç bir nəticə əldə olunmayıb: "Bu dərmanın partiyası geri çağırılmadır. Biz hətta
E.Hüseynov hesab edir ki, normalda bu cür hallar aşkar edildikdə, bu məhsullar geri çağrılmalıdır, bunun üçün xüsusi qaydalar olmalıdır. Birlik sədri təəssüflə ölkədə bu sahədə istehlakçıların hüquqlarını qoruyan effektli mexanizmlərin olmadığını vurğulayıb.