Yerevanda Rusiya və Ermənistan Silahlı Qüvvələrinin vahid qrupunun yaradılması haqqında sazişin imzalanması müzakirə ediləcək

Yerevanda Rusiya və Ermənistan Silahlı Qüvvələrinin vahid qrupunun yaradılması haqqında sazişin imzalanması müzakirə ediləcək Rusiyanın hərbi nümayəndə heyəti Ermənistandadır
Region
19 İyul , 2016 12:05
Yerevanda Rusiya və Ermənistan Silahlı Qüvvələrinin vahid qrupunun yaradılması haqqında sazişin imzalanması müzakirə ediləcək

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin baş əməliyyat-taktiki idarəsinin nümayəndə heyəti Ermənistana gəlib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər zamanı Rusiya və Ermənistan Silahlı Qüvvələrinin vahid qrupunun yaradılması haqqında saziş üzrə danışıqlar, yekun müzakirələr və imzalanmaya hazırlıq aparılacaq.

Rusiyalı hərbçilər iyulun 22-dək Ermənistanda olacaq.

Son xəbərlər

Orphus sistemi