​Yerevanda "Azadlıq" meydanında etiraz aksiyası davam edir, tutulanlar var

​Yerevanda "Azadlıq" meydanında etiraz aksiyası davam edir, tutulanlar var Polis: "Meydanda çadır qurmağa icazə verilmir"
Region
20 İyun , 2015 13:50
​Yerevanda Azadlıq meydanında etiraz aksiyası davam edir, tutulanlar var

Bakı. 20 iyun. REPORT.AZ/ Elektirk enerjisinin bahalaşmasına etiraz olaraq "Soyğuna yox!" vətəndaş təşəbbüsü qrupu ötən gecə Yerevanda "Azadlıq" meydanında 3 günlük oturaq etiraz aksiyası keçirmək haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya iyunun 22-dək davam etdiriləcək. Aksiyanın sonuncu günü onlar prezident administrasiyasının binası qarşısına toplaşmaq niyyətindədirlər. "Əgər hakimiyyət bu müddətədək tələbimizi yerinə yetirməsə, onda prezident iqamətgahına doğru irəliləyəcəyik", - aksiya təşkilatçıları bildirib.

Yerevan şəhər polis idarəsi rəisinin müavini Valeri Osipyan xəbərdarlıq edərək deyib ki, əgər aksiyaçılar qaydalara əməl etməsə, onlar tutulacaq: "Meydanda çadır qurmağa icazə verilmir. Bu baş verərsə, onda aksiyanın keçirilməsi qadağan ediləcək".

Qeyd edək ki, mitinqə toplaşanlar "Ermənistan elektrik şəbəkə" (EEŞ) şirkətinin özbaşınalığına son qoymağı tələb ediblər.

Xatırladaq ki, iyunun 17-də qiymətləri tənzimləyən müvafiq komissiya elektrik enerjisinin bir kVT-nın bahalaşması ilə bağlı "Ermənistan elektrik şəbəkə" şirkətinin irəli sürdüyü yeni qiymət tarifini təsdiqləyib. Beləliklə, bu il avqustun 1-dən ölkə vətəndaşları elektirik enerjisini yeni qiymətlərlə ödəyəcəklər. Təklifə əsasən, elektrik enerjisinin qiyməti 0,015 dollar bahalaşaraq, 0,1 dollar və ya 12 qəpik, gecə saatlarında isə 0,08 dollar və ya 10 qəpik olacaq.

Yerevandakı "Azadlıq" meydanında aksiya davam edir. Xəbərə əsasən, etirazçılar arasında tutulanlar da var.  

Son xəbərlər

Orphus sistemi