​Türkiyənin Suriya ilə sərhədi yaxınlığında polis məntəqəsinə basqın edilib

​Türkiyənin Suriya ilə sərhədi yaxınlığında polis məntəqəsinə basqın edilib Hadisə nəticəsində bir polis və iki mülki şəxs yaralanıb
Region
13 Fevral , 2015 15:25
​Türkiyənin Suriya ilə sərhədi yaxınlığında polis məntəqəsinə basqın edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Şanlıurfa bölgəsinin Suruc rayonunda polis məntəqəsinə bombalı basqın edilib.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis və iki mülki şəxs yaralanıb.

Bomba polis məntəqəsinin yaxınlığında dayanan avtomobillərdən birinə qoyulubmuş.

Xatırladaq ki, Suruc rayonu Suriyanın Kobani (Ayn-əl Ərəb) şəhərindən 15 kilometr aralıdır.

Son xəbərlər

Orphus sistemi