Almaniya XİN başçısı: "Türkiyənin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı tədbirlər görməsi ən təbii haqqıdır"

Almaniya XİN başçısı: "Türkiyənin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı tədbirlər görməsi ən təbii haqqıdır" "Mən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından məmnunam"
Region
2 Avqust , 2016 13:53
Almaniya XİN başçısı: Türkiyənin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı tədbirlər görməsi ən təbii haqqıdır

Bakı. 2 avqust. REPORT.AZ/ "Türkiyə hökumətinin dövlət çevrilişinə cəhd göstərənlərə qarşı qanuni və siyasi vasitələrlə tədbirlər görməsi ən təbii haqqıdır". 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer "Rheinische Post" qəzetinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Türkiyə dövlət çevrilişinə cəhdin baş verdiyi gecə çətin vəziyyətdə idi: "Mən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından məmnunam. Türkiyə hökuməti dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin olduğunu açıq şəkildə bəyan etdi. Biz hüquq çərçivəsində günahkarların müəyyənləşdirilməsini gözləyirik". 

Son xəbərlər

Orphus sistemi