Türkiyənin baş naziri: “Polis idarəsinə hücumu PKK törədib”

Türkiyənin baş naziri: “Polis idarəsinə hücumu PKK törədib” Binəli Yıldırım: "Terror aktı nəticəsində 3 nəfər həyatını itirib, 34 nəfər yaralanıb"
Region
8 İyun , 2016 14:32
Türkiyənin baş naziri: “Polis idarəsinə hücumu PKK törədib”

Bakı. 8 iyun. REPORT.AZ/ “Mardində polis idarəsinə hücumu PKK terror təşkilatı həyata keçirib”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım iyunun 7-də İstanbulda və bu gün isə Mardin vilayətində törədilən terror aktlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Midyat Rayon Polis İdarəsinə yönəlik xaincəsinə həyata keçirilmiş hücum nəticəsində bir polis əməkdaşı şəhid olub: “Həmçinin, terror aktı nəticəsində 2 mülki vətəndaşımız həyatını itirib, 34 nəfər yaralanıb”.  

Baş nazir bir daha vurğulayıb ki, terror aktlarını törədən PKK təşkilatıdır: “Bu, bizi təəccübləndirmədi. Terorla mübarizə qətiyyət tələb edir. Önümüzdə, arxamızda insan qiyafəsində olan bu qatillər var. Vətəndaşlarımızın zərər görməməsi üçün təhlükəsizlik qüvvələrimiz səylə çalışır".

"Millətim bilsin ki, istər şəhərlərimizdə terrorçu-kamikadzelər xaincəsinə hücumlar həyata keçirsinlər, istərsə də hansısa metoddan istifadə edirlərsə etsinlər, Türkiyə güclüdür, türk milləti bütöv və bərabərdir. Heç vaxt nə millətimizi qorxuda, nə də bu böyük dövləti şərəfli mübarizədən çəkindirə biləcəklər. Türkiyədə terrora son vermək üçün hərbçimiz, polisimiz və vətəndaşımızla birgə mübarizə aparacağıq. Eyni zamanda kənardan da terrorçulara dəstək verən bütün qüvvələrə qarşı zəruri tədbirləri görəcəyik”, - deyə B.Yıldırım bildirib. 

Son xəbərlər

Orphus sistemi