​Türkiyənin baş naziri: "Fənərbaxça"- "Lokomotiv" qarşılaşması böhrandan çıxmağa yol aça bilər"

​Türkiyənin baş naziri: "Fənərbaxça"- "Lokomotiv" qarşılaşması böhrandan çıxmağa yol aça bilər" "Bir-birinə düşmən olmayan Türkiyə və Rusiya vətəndaşları Moskva və İstanbuldakı stadionları dolduracaq"
Region
14 Dekabr , 2015 17:46
​Türkiyənin baş naziri: Fənərbaxça- Lokomotiv qarşılaşması böhrandan çıxmağa yol aça bilər

Bakı. 14 dekabr. REPORT.AZ/ "Fənərbağça" və "Lokomotov" klubları arasında keçiriləcək oyun böhrandan çıxış üçün vasitə ola bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Liqasının 1/16 finalında İstanbulun "Fənərbağça" klubu ilə Moskvanın "Lokomotiv" komandasının qarşılacağı ilə bağlı açıqlamasında deyib.

"Bir-birinə düşmən olmayan Türkiyə və Rusiya vətəndaşları Moskva və İstanbuldakı stadionları dolduracaq. "Lokomotiv" bizim üçün yad klub deyil. Mövcud problemə aidiyyəti olmayan gənclər oynayacaq. Bu, ağayana oyun olacaq. Mən istərdim ki, bu, Rusiya ilə Türkiyə arasındakı mövcud vəziyyətə öz pozitiv təsirini göstərsin. Bu idman yarışı böhrandan çıxışa yolu aça bilər", - baş nazir vurğulayıb.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsində Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandalarının ilk oyunu 2016-cı il fevralın 16-da İstanbulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi