Türkiyədə terror aktı nəticəsində 3 polis əməkdaşı şəhid olub

Türkiyədə terror aktı nəticəsində 3 polis əməkdaşı şəhid olub PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcı işə salınıb
Region
25 İyul , 2016 15:14
Türkiyədə terror aktı nəticəsində 3 polis əməkdaşı şəhid olub

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin Mardin şəhərində terror aktı törədilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Kızıltepe-Viranşehir avtomobil yolunda zirehli polis avtobilinin keçidi zamanı baş verib. 

Məlumata görə, PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcının işə salınması nəticəsində 3 polis əməkdaşı şəhid olub.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb. 

Son xəbərlər

Orphus sistemi