​Türkiyədə kürd yaraqlıları daha bir polisi qətlə yetirib

​Türkiyədə kürd yaraqlıları daha bir polisi qətlə yetirib Hadisə Cizrə şəhərində baş verib
Region
8 Avqust , 2015 11:09
​Türkiyədə kürd yaraqlıları daha bir polisi qətlə yetirib

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Şırnak əyalətinin Cizrə şəhərinin küçələrində baş verən iğtişaşlar zamanı polisə məxsus zirehli maşının kürd yaraqlıları tərəfindən qumbaraatandan atəşə tutulması nəticəsində bir nəfər polis həyatını itirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, polis qüvvələri zirehli maşınlarda fəaliyyəti ölkədə qadağan olunan Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları tərəfindən təşkil olunan iğtişaşların iştirakçılarını dağıtmaq üçün gəlmişdi.

Zirehli maşınlardan birini yaraqlılar qumbaraatandan atəşə tutublar. Nəticədə maşında olan polis əməkdaşı həlak olub. Aralarında biri polis olmaqla, daha üç nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıblar. Hazırda yaraqlıların tapılaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.

Son xəbərlər

Orphus sistemi