Türkiyədə kamikadze hücumu: 2 ölü, 24 yaralı - FOTO

Türkiyədə kamikadze hücumu: 2 ölü, 24 yaralı - FOTO Jandarmeriya bölməsinin yaxınlığında iki tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partladılıb
Region
2 Avqust , 2015 10:01
Türkiyədə kamikadze hücumu: 2 ölü, 24 yaralı - FOTO

Bakı. 2 avqust. REPORT.AZ/ Terrorçu PKK təşkilatının üzvləri Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Karabulak jandarmeriya bölməsinin yaxınlığında partlayış törədib. Bu barədə "Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir.

Partlayışın kamikazde tərəfindən hətaya keçirildiyi, nəticədə iki hərbçinin öldüyü, 24 əsgərin isə yaralandığı bildirilir.

Qeyd olunur ki, jandarmeriya bölməsinin yaxınlığında iki tona yaxın partlayıcı maddələrlə dolu olan traktor partladılıb. Hadisə Bakı vaxtı ilə 05:00-da baş verib.

Son xəbərlər

Orphus sistemi