​Türkiyədə İŞİD-ə qoşulmaq niyyətində olan britaniyalı qadın saxlanılıb

​Türkiyədə İŞİD-ə qoşulmaq niyyətində olan britaniyalı qadın saxlanılıb Ankara onun deportasiyası proseduruna başlayıb
Region
18 Mart , 2015 01:02
​Türkiyədə İŞİD-ə qoşulmaq niyyətində olan britaniyalı qadın saxlanılıb

Bakı. 18 mart. REPORT.AZ/ Türkiyənin paytaxt polisi "İraq-Şam İslam Dövləti"nə (İŞİD) qoşulmaq niyyətində şübhəli bilinən 22 yaşlı britaniyalı Cəlilə Nadranı saxlayıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yerli hakimiyyət artıq onun ölkəsinə deportasiya edilməsi proseduruna başlayıb.

Nadra çox güman ki, Suriya ilə sərhədə getmək məqsədi ilə Ankara mərkəzi avtobus terminalına gəlib. Polis əməkdaşları onu vağzalda saxlayıblar və paytaxtın Təhlükəsizlik İdarəsinin Terrorçuluqla mübarizə şöbəsinə aparıblar. Onun ifadəsindən sonra deportasiya proseduruna start verilib. Qanun keşikçiləri, həmçinin onun telefonunu, yazışmalarını və şəkillərini təhlil ediblər.

Son xəbərlər

Orphus sistemi