Türkiyədə hərbi avtomobil partladılıb, 3 hərbçi yaralanıb

Türkiyədə hərbi avtomobil partladılıb, 3 hərbçi yaralanıb Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb
Region
15 İyun , 2016 12:52
Türkiyədə hərbi avtomobil partladılıb, 3 hərbçi yaralanıb

Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda partlayış törədilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəmdinli-Yüksəkova avtomobil yolunda olub.

Belə ki, zirehli hərbi avtomobilin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən yola yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə hərbi avtomobilə ciddi ziyan dəyib, 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasıına qaldırılıblar.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi