Türkiyədə Fətullah Gülənlə bağlı kanallar və radiolar bağlanacaq

Türkiyədə Fətullah Gülənlə bağlı kanallar və radiolar bağlanacaq Bu barədə Türkiyənin Radio və Televiziya Yayım Qurumu qərar gəbul edib
Region
19 İyul , 2016 16:57
Türkiyədə Fətullah Gülənlə bağlı kanallar və radiolar bağlanacaq

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyənin Radio və Televiziya Yayım Qurumu (Radyo ve Televizyon Üst Kurulu) ölkədə baş verən uğursuz dövlət çevrilişi cəhdindən sonra bəzi kanalları və radioları bağlayacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bağlanacaq kanallar ABŞ-da yaşayan Fətullah Gülənin adı ilə bağlı olan yayım qurumları olacaq.

Belə kanallar və radiolar aşkar edilsə, onların yayımı dayandırılacaq və lisenziyası alınacaq.

Qeyd edək ki, Tükiyə hökuməti baş verən dövlət çevrilişi cəhdinin Fətullah Gülənin adamları tərəfindən edildiyini bildirir.

Son xəbərlər

Orphus sistemi