​Türkiyədə eyni zamanda iki qəzetin binasına hücum olunub

​Türkiyədə eyni zamanda iki qəzetin binasına hücum olunub Binalara molotov kokteyli atılıb, silahdan atəş açılıb
Region
11 Fevral , 2016 10:08
​Türkiyədə eyni zamanda iki qəzetin binasına hücum olunub

Bakı. 11 fevral. REPORT.AZ/ Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı və molotov kokteylli basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, basqınlar eyni zamanda olub. Maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki molotov kokteyllərini redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar.

Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da molotov kokteyli atılıb, ofis atəşə tutulub.

"Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.

Hadisə ilə bağlı polis araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi