Bakı. 21 iyul. REPORT.AZ/ İstanbulda Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 1 463 hərbçi barəsində həbs qərarı verilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 143 hərbçi polisin nəzarəti altına verilib, 83 hərbçi isə sərbəst buraxılıb.
Məlumata görə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1054 hərbçinin məhkəmə prosesi keçiriləcək.