Türkiyədə baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb

Türkiyədə baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir
Region
7 Oktyabr , 2016 08:37
Türkiyədə baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Koçaeli vilayətinin Çayırova rayonunda qeydə alınıb.

Belə ki, kiçik həcmli sərnişin avtobusunun 4 avtomobillə toqquşması nəticəsində 1-i ağır olmaqla 12 nəfər xəsarət alıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Qəzanın baş verdiyini görən sakinlər dərhal polisə, təcili yardıma bu barədə məlumat veriblər. Hadisə yerinə gələn polis və xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinləri çıxarıblar.

Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi