Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyədə 12 televiziya kanalının yayımı dayandırılıb.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu haqda ölkənin Radio-Televizya Ali Şurası qərar qəbul edib.
Məlumata görə, 12 telekanalın fəaliyyəti fövqəladə vəziyyət rejimi çərçivəsində 668 saylı qanunla eyni hüquqi qüvvəyə malik qərara əsasən dayandırılıb.
Onlar arasında "Hayatın sesi", "TV10", "Van TV", "Jiyan TV" və "Zarog TV" telekanlları da var.