Türkiyə və ABŞ müdafiə nazirləri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib

Türkiyə və ABŞ müdafiə nazirləri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib Eşton Karter: "ABŞ Türkiyəyə hərtərəfli dəstək verməyə hazırdır"
Region
20 İyul , 2016 12:30
Türkiyə və ABŞ müdafiə nazirləri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin milli müdafiə naziri Fikri Işık ilə ABŞ müdafiə naziri Eşton Karter arasında telefon danışığı olub. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, F.Işık Türkiyə Silahlı Qüvvələrinin içərisindəki Fətullahçı terror təşkilatının (FETÖ) bir qrup üzvünün ölkəsinin konstitusion quruluşuna, xalq tərəfindən seçilmiş prezidenti və hökumətinə qarşı hərbi çevrilişə cəhd göstərdiyini bildirib. O, ABŞ-a bu planın uğursuzluğa uğramasından sonra Türkiyəyə verdiyi dəstəyə və həmrəyliyə görə təşəkkür edib.  F.İşık deyib ki, ABŞ FETÖ-nun rəhbəri Fətullah Gülənə daha da mülayim davranmamalı, onu qısa müddətdə Türkiyəyə ekstradisiya etməlidir. Nazir hazırda ölkədə hər şeyin nəzarət altında olduğunu, "İncirlik" hərbi bazasına elektrik verilişində yaranmış texniki problemlərin də qısa müddətdə aradan qaldırılacağını vurğulayıb.

E.Karter isə öz növbəsində ABŞ hökumətinin Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasından məmnun olduğunu bildirib. O deyib ki, xalqın demokratik dəyərlərə və hüququn aliliyinə verdiyi dəstək təqdirəlayiqdir: "Fətullah Gülənin Türkiyə ekstradisiyası Pentaqonun səlahiyyətinə aid bir məsələ olmasa da, bununla bağlı həssaslığınızı başa düşürük. Bu məsələylə bağlı ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub. ABŞ Türkiyəyə hərtərəfli dəstək verməyə hazırdır". 

Son xəbərlər

Orphus sistemi